Əllərini üzüb məndən,
Yarım birbaş gedən oldu.
Can deyib, can eşidərdik,
Bu ayrılıq nədən oldu?
Qızılgüləm dəstəyəm mən,
Bülbüləm qəfəsdəyəm mən
Gəzirəm mən, qəmli-qəmli,
Görən deyir, xəstəyəm mən
Yandı ürək kabab oldu,
Gül bağçamda xəzan oldu,
Mən ki səndən ayrılmazdım,
Bu ayrılıq nədən oldu?
Yaranmışıq məhəbbətdən,
Alovlanıb yanıram mən.
Bu həsrətdən, bu möhnətdən
Gözümün yaşı dən-dən oldu
Öz eşqimdən diləyimlə,
Ayrı düşdüm illərlə mən.
Ancaq səndən ayrı gəzən,
Ürək deyil, bədən oldu!